XƏBƏRLƏR
Azərbaycan Regional Yol Təmiri Layihəsi
Oktyabr, 19 2011
ÜMUMİ SATINALMA HAQQINDA BİLDİRİŞ
Azərbaycan Respublikası Hökuməti magistral yolların seçilmiş hissələrinin bərpa işləri üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təmin olunan kreditdən istifadəni davam etdirmək niyyətindədir. İrəli sürülən layihə 900 milyon ABŞ Dolları dəyərində olub üç tranşda həyata keçiriləcəkdir və icrası üçün aşağıdakı məhsul, əmək və xidmətlərin satınalmasını tələb edir:
- Yol tikintisi/yenidənqurma işləri üçün tikinti müqaviləsi;
- Tenderin keçirilməsi və texniki nəzarət üçün məsləhətçi şirkətlə bağlanmış müqavilə
Mügavilələr Bankın Satınalma Siyasətinə və qaydalarına uyğun olaraq Bank tərəfindən təmin olunan kreditin davamı vasitəsilə ödəniləcək və istənilən ölkədən olan şirkətin iştirakı üçün açıq olacaq. Bank tərəfindən təmin olunan kreditin davamı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin VII bəndinə əsasən Birləşmiş Millətlər Təşkilatının Təhlükəszilik Şurası və yaxud da Alıcının təmsil etdiyi dövlətin rəsmi əsasnaməsi ilə qadağan olunmuş məhsulların idxalı və hər hansı növ ödənişlər üçün istifadə olunmayacaqdır.
Maraqlanan təchizatçı və müşavirlərin müraciəti üçün əlaqə məlumatı:
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
Layihələrin İcrası Bölümü
Ünvan: Azər Yol Servis Şöbəsi
72/4 Üzeyir Hacibəyov küç. 370010 Bakı Azərbaycan
Tel: + 994 12 4934665, 4930045
Fax: + 994 12 4934665



XƏBƏRLƏR
SAYTIN XƏRİTƏSİ