XƏBƏRLƏR :: Regional Yol Təmiri Layihəsi :: Azəryolservis ASC

ƏSAS SƏHİFƏYƏ KEÇİD
Axtarış

Regional Yol Təmiri Layihəsi
Sentyabr, 23 2011

Ölkə:Azərbaycan
 
Layihə  Nömrəsi:43094
  
Biznes Sektoru:Nəqliyyat
  
Dövlət/Özəl:Dövlət Sektoru
  
Ətraf Mühitə təsir kateqoriyası:İEE
  
Layihənin İdarə Heyətinə Təqdim  Olunma Tarixi:06 dekabr 2011
  
Statusu:İlkin komitədən keçmişdir (passed concept review)

Yekun komitədən keçməlidir (pending final review)
  
LİS-nin Çap Olunma Tarixi:21 sentyabr 2011
  
Layihənin Təsviri:Azərbaycan Hökuməti (AzH) qonşu dövlətlərlə ticarət və regional əməkdaşlıq münasibətlərini yaxşılaşdırmaq və bütün ölkə üzrə iqtisadi inkişafı surətləndirmək məqsədilə əsas əhəmiyyət daşıyan yol dəhlizlərinin və regional yolların təmir və bərpa işlərinə üstünlük verir.

Layihənin başlıca biznes məqsədi   aparıcı dəhlizlərə xidmət edən və ya birbaşa Gürcüstan və İranla sərhəd kəsişmələrinə aparan əsas regional - "magistral"  yollarının bərpasına töhvə verməkdir.  Layihə texniki layihə sənədləşməsinin hazır olduğunu əks etdirmək üçün üç kredit tranşından istifadə olunmaqla həyata keçiriləcəkdir.

AYİB kredit tranşları, Bankın Azərbaycanın yol sektorunda yaxın əməkdaşlıq və koordinasiya qurduğu Dünya Bankı (675 mln USD) və Asiya İnkişaf Bankı (500 mln USD) və ilə yanaşı, AzH tərəfindən yaradılmış və mütəmadi əsasda yenilənərək genişlənən büdcə fondlarından, eləcə də ümumi yolların təmiri və genişlənməsi üçün nəzərdə tutulmuş imkanlardan istifadə etməklə ümumi yol sektorunun bir hissəsi olacaqdır.   
  
Keçid İqtisadiyyatına Təsiri:Təklif olunan layihə potensial vergi strategiyasının dəstəklənməsi, AzərYolServis üçün satınalma və icra etmə vəsaitlərinin təkmilləşdirilməsinə dəstək yolu ilə  satınalma və qeyri-Beynəlxalq Maliyyə İnstitutları mənşəli investisiya proqramlarının  satınalma və icrasına nəzarət standartlarının təminatı və gücləndirilməsi və özəl sektorun əməliyyatlara cəlb edilməsilə layihənin xərclərinin ödənməsi prinsipinin gələcək inkişafını və bununla da sektorun təşkilati inkişafını yaxşılaşdırmağı davam etdirəcək.
  
Müştəri:Nəqliyyat Nazirliyi Tərkibində AzərYolServis
  
AYİB Maliyyələşdirilməsi:Hər biri 250 mln ABŞ Dolları olmaqla üç tranşda, cəmi 750 mln ABŞ Dolları civarında sərbəst kredit.
  
Layihənin Ümumi Dəyəri: Təklif olunan AYİB çərçivəsində 900 mln ABŞ Dolları.
  
Ətraf Mühitə Təsiri:Kateqoriyalaşdırılmış İlkin Ətraf və Sosial Mühit Yoxlaması. Lazımi Ətraf-mühit və Sosial səylərin ümumi həcmi  AYİB tərəfindən İlkin Ətraf Mühit və Sosial Yoxlamasına əsasən müəyyən olunacaq. Bu layihənin Azərbaycanda yol istifadəçilərinə səyahət vaxtına qənaət və yol təhlükəsizliyinin yaxşılaşdırılması baxımından faydalı olacağı gözlənilir. Ətraf mühit və sosial mühitə təsir edəcək potensial risklər təmir işləri gedən ərazidə yaşayış və iş yerlərinin  sökülməsi və yerdəyişməsi ola bilər. İrəli sürülmüş layihənin birinci tranşına daxil olacaq yol hissələri üçün ilkin planlama hesabatı artıq hazırlanmışdır və ətraf mühit və sosial mühitə təsirlərin yüksək səviyyəli dəyərləndirməsini və onların yumşaldılması tədbirlərini özündə əks etdirir. Ümumi yol yenidənqurması monitorinqi və ətraf mühitin idarə edilməsinin proqramları da həmçinin təkmilləşdirilmişdir. AYİB cari sənədləşməni AYİB-in İcra Tələbləri ilə müqayisəli şəkildə nəzərdən keçirəcək,  əlavə lazımi səylər və yumşaldıcı tədbirlərin gərəkli olub-olmadığını müəyyənləşdirəcəkdir. Layihə əsas etibarilə kontraktorlar tərəfindən icra ediləcəyinə görə, kontraktorların idarə edilməsi üzrə dayanıqlı planlar tələb olunacaqdır.
  
Texniki Əməkdaşlıq:Texniki əməkdaşlıq  fondlarının proqramın təşkilati gücləndirilməsinə və sektorun gələcək kommersiyalaşmasına yardım etməsi nəzərdə tutulacaqdır.
  
Satınalma və Tender İmkanları:EBRD Procurement səhifəsinə baxın
Sullarla bağlı: Tel: +44 20 7338 6794; Fax: +44 20 7338 7472
E-mail: procurement@ebrd.com
  
Ümumi sorğular:AYİB layihə sorğuları satınalmanı əhatə etmir:
Tel: +44 20 7338 7168; Fax: +44 20 7338 7380
E-mail: projectenquiries@ebrd.com
  
İctimai Informasiya Siyasəti (İİS):İctimai İnformasiya Siyasəti AYİB-in məlumatı hansı şəkildə yaymalı olduğunu müəyyən edir və AYİB-in strategiyaları, siyasəti və keçirdiyi əməliyyatlar barədə təbliğat və məlumatlandırma işinin ən yaxşı şəkildə təşkil olunmasını öz hissədarları ilə razılaşdırır.
  
Layihənin İrad  Mexanizmi (LİM): AYİB, Bank tərəfindən maliyyələşdirilən layihələr barədə bir və ya bir qrup şəxs və yaxud da təşkilat tərəfindən irəli sürülmüş zərərli, eləcə də zərərli ola biləcək iradlara müstəqil əsasada baxılmasına şərait yaratmaq üçün  Layihənin İrad Mexanizmini təşkil etmişdir. LİM-in idarə olunmasını əhatə edən prosedur qaydalarını www.ebrd.com/downloads/integrity/pcmrules.pdf və Rus dilində olan versiyasını http://www.ebrd.com/downloads/integrity/pcmrulesr.pdf səhifəsindən oxuya bilərsiniz. LİM-lə bağlılığı olan hər hansı bir şikayət AYİB fondlarının sonuncu bölgüsündən ötən ən gec 12 ay ərzində doldurulmalıdır. Əgər siz iradların verilməli olduğu zaman çərçivəsinə dair əmin deyilsinizsə, yardım üçün (pcm@ebrd.com ) e-maili vasitəsilə LİM nümayəndəsinə və yaxud da AYİB-in münasib yerli nümayəndəliyinə müraciət edə bilərsiniz.


Layihənin İcmal Sənədləri AYİB Sədrlər Heyətinin müzakirəsindən əvvəl formalaşdırılır. Layihənin təfərrüatları Layihənin İcmal Sənədinə baxıldıqdan sonra dəyişdirilə bilər. Layihənin İcmal Sənədləri AYİB-in rəsmi siyasətini ifadə etmir.


 
XƏBƏRLƏR

Azərbaycan Regional Yol Təmiri Layihəsi

Oktyabr, 19 2011
Azərbaycan Respublikası Hökuməti magistral yolların seçilmiş hissələrinin  bərpa işləri üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təmin olunan kreditdən istifadəni davam etdirmək niyyətindədir.

Regional Yol Təmiri Layihəsi

Sentyabr, 23 2011
Təklif olunan layihə potensial vergi strategiyasının dəstəklənməsi, layihənin xərclərinin ödənməsi prinsipinin gələcək inkişafını və bununla da sektorun təşkilati inkişafını yaxşılaşdırmağı davam etdirəcək.