Müstəqil Dövlətlər Birliyi
| BEYNƏLMİLƏÇİLİK, DOSTLUQ HƏMİŞƏ BİZİMLƏDİR Sovetlər birliyinə daxil olan respublikaların yol təsərrüfatı işçiləri arasında uzun müddət davam edən sıx peşə əlaqələri 1991-ci ildə SSRI-nin dağılması ilə tamamilə kəsilmək təhlükəsində qalmışdı. Elə həmin ildə Müstəqil Dövlətlər Birliyi (MDB) yarandıqdan sonra dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün siyasi və qanuni şərait yarandı. Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin yol təsərrüfatını idarə edən orqanların səlahiyyətli nümayəndələrinin iştirakı ilə 11 dekabr 1992-ci il tarixdə keçirilən iclasda Dövlətlərarası Yol Işçiləri şurası (DYIş) yaradıldı. 11 sentyabr 1998-ci il tarixdə MDB-nin hökumət başçılarının tapşırığı ilə Dövlətlərarası Iqtisadiyyat Komitəsinin Iqtisadi şurasının qərarına uyğun olaraq Dövlətlərarası Yol Işçiləri şurası Hökumətlərarası Yol Işçiləri şurası (HYIş) adlandırıldı və ona Müstəqil Dövlətlərarası Birliyin Sahə əməkdaşlıq Təşkilatı statusu verildi. Hökumətlərarası Yol Işçiləri şurası SSRI Nazirlər Sovetinin 9 oktyabr 1980-ci il tarixli 2067 №-li qərarı ilə yaradılan Koordinasiya şurasının sələfi idi. Koordinasiya şurası Ittifaq Respublikalarının yol təşkilatlarında avtomobil yollarının təmiri və saxlanması sahəsindəki fəaliyyəti məsələləri ilə məşğul olurdu. Koordinasiya şurasına Müttəfiq Respublikaların Avtomobil yolları nazirləri və bir çox ittifaq əhəmiyyətli nazirlik və təşkilatların səlahiyyətli nümayəndələri daxil idi. Koordinasiya şurası öz fəaliyyətini təkcə avtomobil yollarının təmiri və saxlanmasında elmi-texniki tərəqqinin, yeni texnologiyanın, material, maşın və avadanlıqların tətbiqi ilə texniki səviyyənin artırılması məsələləri ilə məhdudlaşdırmır, bəzi hallarda Nazirlər Soveti, Nazirliklər və SSRI təşkilatları qarşısında konkret məsələlər qaldırır və onların həlli istiqamətində müəyyən qərarların qəbul olunmasına nail olurdu. Sovetlər Ittifaqının dağılması nəticəsində Müttəfiq Respublikaların yol təşkilatlarının avtomobil yollarının saxlanması və təmiri məsələləri ilə məşğul olan Koordinasiya şurası öz fəaliyyətini tamamilə dayandırdı. Bu zaman yol təşkilatları arasında yoldaşlıq əlaqələri böyük və ya kiçik miqyasda daimi fəaliyyət göstərdiyindən bu əlaqələrin davam etdirilməsinin, tədricən genişləndirilməsinin vacibliyi özünü tam aydınlığı ilə göstərdi. 1991-ci ilin dekabrında yaranan Müstəqil Dövlətlər Birliyi dövlətlər arasındakı iqtisadi əlaqələrin tamamilə qırılmasının qarşısını aldı. Yol işçiləri peşə baxımından vahid nəqliyyat sahəsinin dağılma prosesinin mənfi tərəfini daha tez başa düşdülər və əlaqələrin tezliklə bərpa olunması istiqamətində ciddi addımlar atdılar. Hökumətlərarası Yol Işçiləri şurası Müstəqil Dövlətlər Birliyinin qanununu MDB-nin Dövlət Başçıları şurasının və Hökumət Başçıları şurasının qərarlarını MDB-nin Dövlətlərarası (Hökumətlərarası) orqanlarının mövqeyini rəhbər tutaraq fəaliyyət göstərirdi. HYIŞ-nın fəaliyyətində əsas yerlərdən birini Avropa nəqliyyat dəhlizinin inkişafı, Beynəlxalq avtomobil yolları şəbəkəsində vahid tələbin işlənilməsi məsələsi tuturdu. Hökumətlərarası Yol Işçiləri Şurasına MDB-yə daxil olan 11 dövlətin -Azərbaycan, Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, özbəkistan, Ukrayna və Ermənistan respublikalarının yol təsərrüfatlarının rəhbərləri daxil idilər. 11 sentyabr 1998-ci ildə Hökumətlərarası Yol Işçiləri şurasının Nizamnaməsi təsdiq olundu. Şuranın fəaliyyəti dövründə (1992-2007-ci illərdə) 28 iclası keçirilmiş və burada bütünlüklə şura üzvlərini qane edən 210 aktual məsələyə baxılmışdır. Bu müddətdə şuranın 2 qurultayı keçirilmişdir. şuraya şura üzvlərindən hər dəfə 2 (iki) il müddətinə seçilən sədr, şura iclasları arasındakı müddətdə şuraya növbəti iclasın hansı dövlətin ərazisində keçirilməsindən asılı olaraq həmin dövlətin həmsədr seçilmiş yol təsərrüfatının başçısı rəhbərlik edirdi. Şuranın 27 may 2004-cü il tarixdə Bakı şəhərində keçirilən XXıı iclası şuranın həmsədri, "Yolnəqliyyatservis" Departamentinin rəisi Cavid Qənbər oğlu Qurbanovun rəhbərliyi altında keçirilmişdi. 30 iyun 2006-cı ildə Moskva şəhərində "Prezident Otel"-in konfrans zalında Müstəqil Dövlətlər Birliyinin Iqtisadiyyat şurasının iclası oldu. Iclasda 19 məsələ, o cümlədən "Hökumətlərarası Yol Işçiləri şurasının fəaliyyəti haqqında" məsələyə baxıldı. Məsələ ilə bağlı şuranın sədr müavini, şura katibliyinin rəhbəri B.B.Kərimov çıxış edərək şuranın 1992-2006-cı illər ərzində gördüyü işlər və gələcəkdə nəzərdə tutulan vəzifələr barəsində ətraflı məlumat verdi. MDB Iqtisadiyyat Şurasının iclasında Hökumətlərarası Yol Işçiləri Şurasının fəaliyyəti Şura üzvləri tərəfindən yüksək qiymətləndirildi. 11 dekabr 2007-ci ildə Moskva şəhərində keçirilən MDB Hökumətlərarası Yol Işçiləri Şurasının ıı qurultayında "Azəryolservis" ASC-nin sədri, Millət vəkili cənab Cavid Qənbər oğlu Qurbanov Şuranın sədri seçilmişdir. "Azəryolservis" ASC-nin, Hökumətlərarası Yol Işçiləri Şurasının sədri C.Q.Qurbanovun rəhbərliyi ilə 25-26 iyun 2008-ci il tarixdə Bakı şəhərində Hökumətlərarası Yol Işçiləri şurasının XXıX iclası və "Beynəlxalq nəqliyyat dəhlizi" beynəlxalq elmi-praktik konfransı keçirildi. Iclasın birinci günü Hökumətlərarası Yol Işçiləri Şurasının və Avtomobil Nəqliyyatı üzrə Şuranın birgə iclası oldu. Iclası giriş sözü ilə HYIŞ sədri, "Azəryolservis" ASC-nin sədri C.Q.Qurbanov açdı. Sonra Azərbaycan Respublikasının Nəqliyyat Naziri cənab Ziya Ərzuman oğlu Məmmədov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı, onlara Avtomobil nəqliyyatından səmərəli istifadə olunması və avtomobil yollarının dünya standartlarına uyğun yeniləşdirilməsi istiqamətində əməkdaşlığın daha da möhkəmləndirilməsini arzuladı. Konfransda cəmi 124 nümayəndə iştirak etdirdi. Onlardan 96-sı qonaq, 28-i isə respublikamızın nümayəndələri idi. Iştirak edənlərin 22 nəfəri rəsmi üzvlər, 24 nəfər assosiasiyalı üzvlər, 18 nəfər assosiasiya üzvlüyünə namizədlər, 7 nəfər Beynəlxalq təşkilat nümayəndələri, 10 nəfər Hökumətlərarası Yol Işçiləri şurası katibliyinin işçi qrupu, 1 nəfər HYIŞ-nın fəxri üzvü, 5 nəfər MDB ölkələrinin Həmkarlar Ittifaqının avtomobil nəqliyyatı və yol təsərrüfatı işçiləri, 39 nəfər dəvət olunan nümayəndələrdən ibarət idi. Azərbaycan tərəfdən bu konfransa 8 nəfər dəvət almışdı. Konfransın işində Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan, Ukrayna Respublikalarından, həmçinin Almaniya, Ingiltərə, Italiya, Suriya Ərəb Respublikasından nümayəndələr iştirak edirdilər. Hökumətlərarası Yol Işçiləri şurasının və Avtomobil Nəqliyyatı üzrə şuranın 25-26 iyun 2008-ci il tarixdə keçirilən birgə iclasında 14 məsələ ətrafında məruzə və çıxışlar oldu. Iclasda 6 nəfər "MDB-nin Fəxri Yol Işçisi" medalına layiq görüldü. Azərbaycan Respublikası tərəfdən "MDB-nin Fəxri Yol Işçisi" medalına Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Heydər oğlu Əliyev, Nəqliyyat Naziri Ziya Ərzuman oğlu Məmmədov və Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Beynəlxalq Əlaqələr şöbəsinin rəisi şəfiqə xanım Xeyrulla qızı Qoçulu layiq görülmüşlər. Azərbaycan tərəfdən 3 nəfərə HYIŞ-nın N.B. Minin adına təqaüdləri verildi. Iclasda həmçinin Hökumətlərarası Yol Işçiləri şurası ilə MDB ölkələri avtomobil nəqliyyatı üzrə Şura arasında əməkdaşlıq haqqında razılaşdırılmış layihəyə Avtomobil Nəqliyyatı üzrə şuranın 22 may 2008-ci il tarixdə Minsk şəhərində keçirilən iclasında baxılması və bəyənilməsi iclas iştirakçılarının nəzərinə çatdırıldı. Hökumətlərarası Yol Işçiləri şurası ilə MDB avtomobil nəqliyyatı üzrə Şura arasında əməkdaşlıq haqqında saziş" layihəsi iclas iştirakçıları tərəfindən bəyənildi. HYIŞ-nın sədri C.Q.Qurbanovdan və MDB avtomobil nəqliyyatı üzrə şuranın sədri N.P.Verxovesdən xahiş olundu ki, əməkdaşlıq haqqındakı saziş birgə iclasda imzalansın. Iclasda həmçinin Hökumətlərarası Yol Işçiləri şurasının Fəxri fərmanı haqqında Nizamnamə təsdiq olundu. Azərbaycan Respublikası yol təsərrüfatı rəhbərliyinin Hökumətlərarası Yol Işçiləri Şurasının işindəki fəal iştirakı və Respublika avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulmasındakı yüksək iş bacarığı Müstəqil Dövlətlər Birliyi daxilində Azərbaycan yol mütəxəssislərinin hörmətini daha da artırmış, onların peşə hazırlığı baxımından daha yüksəklərdə dayanmasını nümayiş etdirirdi. MDB məkanında son zamanlar yol təsərrüfatı sisteminin rəhbər işçiləri arasında yaranan isti münasibətlər vahid magistral yol şəbəkəsinin yaradılması və magistral yolların beynəlxalq normativlərə uyğun yenidən qurulması istiqamətində görülən işləri daha da sürətləndirdi. Sonda iclas iştirakçıları Hökumətlərarası Yol Işçiləri şurasının XXıX iclasının və "Beynəlxalq nəqliyyat dəhlizi"nin elmi-praktik konfransının keçirilməsini yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin və "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin rəhbərlərinə dərin minnətdarlıqlarını bildirdilər. TƏRƏQQİ... NƏTİCƏLƏR... 2003-cü ilin 15 oktyabr seçkilərindən ötən beş ilə yaxın zaman kəsiyi Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini bir daha sübuta yetirməklə ictimai inam və etimad üzərində qərarlaşan, dərin elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının həlledici uğurlarını təmin etmişdir. Cənab Ilham Əliyev ötən müddətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirərək yeni situasiyanın tələblərinə uyğun zənginləşdirmiş, respublikamız ümumi daxili məhsulun yüksək artım tempi ilə dünyada öncül mövqelərə çıxmışdır. Beş ilə yaxın müddətdə ölkədə sürətli iqtisadi yüksəliş müşahidə olunur. Son bir neçə ildə üDM-in artım sürətinə görə Azərbaycan dünyada liderdir, beş ildə üDM 96 faiz artmış, ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüşdür. Son beş ildə Azərbaycan büdcəsinin xərcləri 10 dəfə artmışdır və bunun özü də nadir göstəricidir. Büdcəmiz 2003-cü ildəki 1 milyard 300 milyon dollardan artaraq, 2008-ci ildə icmal büdcə 12 milyard dollara çatmışdır. Bu, ilk növbədə, onu göstərir ki, ölkə başçısının apardığı məqsədyönlü islahatlar ilk öncə insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Ölkəmizin sosial-iqtisadi tərəqqisində, onun dinamik inkişaf proseslərində mühüm rol oynayan mütərəqqi iqtisadi vasitələrdən biri də xüsusi iqtisadi zonaların yaradılmasıdır. Iqtisadi sahədə ümummilli lider Heydər Əliyevin başladığı, əsasını qoyduğu böyük layihələr Prezident Ilham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilmiş və müvəffəqiyyətlə başa çatdırılmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri nəinki tamamlanmış, artıq Azərbaycanın ən mühüm maliyyə mənbəyinə çevrilmişdir. Bununla belə, layihəsinə Prezident Ilham Əliyevin imza atdığı Bakı-Tbilisi-Qars dəmir yolu magistralı özünün mahiyyətinə görə heç də üç dənizin əfsanəsinə çevrilmiş Bakı-Ceyhan proqramından geri qalmır. Bakı-Tbilisi-Qars dəmir yolunu Avropa ilə Asiyanı əlaqələndirən, dəmir yolu vasitəsilə salınmış yeni tipli Ipək yolu adlandırmaq olar. Bədnam Ermənistanın təklənməsi baxımından da bu layihə mühüm əhəmiyyətə malikdir. Göründüyü kimi, son onilliyin böyük iqtisadi layihələri bir-birini bütün yönləri ilə tamamlayır. Bu, həm də Heydər Əliyev siyasi kursu ilə Ilham Əliyevin dövlətçilik strategiyasının dərin qatları, fəlsəfi etibarı ilə vahid mənada birləşdiyini aydın şəkildə göstərir. Dövlət başçısı bu sahədə mövcud problemlərin kompleks həlli məqsədilə 25 oktyabr 2005-ci il tarixdə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Nazirlər Kabinetinin həmin sərəncam əsasında hazırladığı "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı" Prezident Ilham Əliyev tərəfindən imzalanmış, icrasına başlanılmış və bu istiqamətdə böyük işlər görülmüşdür. 2006-cı ildən etibarən isə hər il rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yollarının yararlı vəziyyətə gətirilməsi ilə bağlı tələb olunan xərclərin Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulması da sözügedən sərəncamın əhəmiyyətini artıran məqamlardandır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) üzrə Nəqliyyat Nazirliyinin həyata keçirdiyi tədbirlərin miqyası olduqca geniş, çoxşaxəli və səmərəlidir. Son 5 ildə yalnız Abşeron rayonu ərazisində 110,2 km artıq yol təmir olunmuşdur. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-şamaxı-Yevlax, Xocasən-Lökbatan və respublikamızın digər avtomobil yollarında təmir bərpa işləri aparılmış və yeni yollar salınmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş qlobal layihələrdən biri də Yevlax-Gəncə, Gəncə-Qazax-Gürcüstan sərhədinədək avtomobil yolunun yenidən qurulması olmuşdur.Yevlax-Gəncə avtomobil yolunun maliyyələşdirilməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının Inkişaf Fondu, eləcə də Islam Inkişaf Bankı, Asiya Inkişaf Bankı ilə sazişlər imzalanmışdır.Hacıqabul (Qazıməmməd)-Kürdəmir yolunun 75 km hissəsi 24 dekabr 2007-ci ildə Azərbaycan Prezidenti Ilham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Dövlət başçısı cənab Ilham Əliyevin bu baxımdan 2 fevral 2006-cı il tarixli "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında" sərəncamı xüsusi əhəmiyyət kəsb etmişdir. Həmin plana müvafiq olaraq 2006-2007-ci illər ərzində paytaxtda 9 yol qovşağı - körpü və 13 piyada keçidi tikilmişdir. Bakı kənd və qəsəbələrinin inkişafını nəzərdə tutan tədbirlər çərçivəsində 2007-ci il mayın 17-də Bakıda Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi dairəvi avtomobil yolu və yeraltı piyada keçidi istifadəyə verilmişdir. Hazırda Bakının mərkəzindən - Heydər Əliyev prospektindən keçməklə hava limanına qədər yolun yenidən qurulması istiqamətində son tamamlanma işləri başa çatdırılmış və yol yüksək keyfiyyətlə istifadəyə verilmişdir. Körpülərin tikintisinə də xüsusi diqqət yetirilmişdir. Son beş ildə Azərbaycan Respublikasının müxtəlif avtomobil yollarında, rayon və kənd yaşayış məntəqələrində 45-ə qədər yeni körpü inşa olunmuşdur. Azərbaycanın yol tarixində birinci dəfə Zaqatala şəhərində Talaçay üzərindəki asma körpünün tikintisi 2003-2008-ci illərdə reallaşdırılıb. Son beş il ərzində 2000-dən yuxarı müxtəlif təyinatlı yol texnikası, maşın və mexanizmlər alınmış və yeni asfalt-beton zavodları quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"na əsasən Bakı şəhərində əlavə olaraq 17 ədəd yol qovşağının, 75 ədəd piyada keçidinin, yeni çoxcərgəli avtomobil yollarının tikintisi və digər irihəcmli layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin tikintisi, yenidən qurulması məqsədi ilə yolların inkişafı Proqramı hazırlanır. Prezident Ilham Əliyevin 12 oktyabr 2006-cı il tarixli sərəncamı ilə dövlət büdcəsi tərkibində yaradılmış "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu da yol-nəqliyyat sisteminin təkmilləşdirilməsinin maliyyə əsaslarının formalaşdırılmasını nəzərdə tutur. "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun yaradılması isə bu sahədə görülən işlərin sürətləndirilməsini, avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etmək məqsədi daşıyır. Yol təsərrüfatı sisteminin idarəetmə quruluşunda aparılan son islahatlar yol, körpü tikintisində keyfiyyətin yüksəldilməsinə, layihə işlərinin yaxşılaşdırılmasına, tikinti işlərinin yüksək sürətlə başa çatdırılmasına şərait yaratmışdır. Beynəlxalq standartların bütün tələblərinə cavab verən yeni yolların, körpülərin, piyada keçidlərinin tikintisi, mövcud yolların müasir tələblərə uyğun yenidən qurulması işlərinin yüksək sürətli inkişafı Respublikanın Prezidenti Ilham Əliyevin tələbkarlığı sayəsində reallaşmışdır. Təkcə 2008-ci ilin ikinci yarısında Dövlət başçısı 157 dəfə yol, körpü tikinti sahələrində olmuş, yerlərdə tikintinin gedişi ilə maraqlanmış, açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Dövlət başçısı cənab Ilham Əliyevin həmin mərasimlərdə, Yol işçiləri ilə görüşlərində Yol-nəqliyyat infrastrukturu haqqında etdiyi çıxışlardan bəzi sitatlar: - Yol iqtisadiyyatın, iqtisadi inkişafın əsas amillərindən biridir. - Körpü sənaye müəssisəsi, yaxud da ticarət müəssisəsi deyil ki, sonra gəlir gətirsin. Bu, sadəcə, insanların rahatlığı üçün dövlət tərəfindən görülən işlərdir. - Yeni körpülərin tikilməsi, yolların çəkilişi və əsaslı təmiri Azərbaycanda sosialyönümlü tədbirlərin tərkib hissəsidir.Müasir avtomobil yolları şəbəkəsinə malik olmadan iqtisadiyyatda davamlı uğurlar qazanmaq mümkün deyildir. Ölkəmizin iqtisadi imkanları artdıqca bu sahəyə yönəldilən investisiyaların da həcmi artacaqdır." - Yol olmayan yerdə inkişaf da yoxdur. Əgər biz bütün regionları inkişaf etdirmək istəyiriksə və bunu ediriksə, burada birinci şərt yoldur. - Eyni zamanda, biz kənd yollarının tikintisinə də diqqət göstəririk. Ən ucqar kəndlərə yollar çəkilir və bunlar çox gözəl yollardır. Yol çəkilən kimi biz dərhal görürük ki, o bölgədə canlanma gedir, dərhal inkişaf baş verir. - Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Ümumi idarəetmə quruluşlarının təhlili bir daha göstərir ki, həqiqətən ölkəmizdə Milli liderimiz Heydər Əliyevin tik-yarat siyasəti,prezidentimiz I.H. Əliyevin göstərişləri,Nəqliyyat naziri Z. Ə.Məmmədovun səyləri,«Azəryolservis» ASC-nin sədri C.Q.Qurbanovun rəhbərlik etdiyi kollektivin zəhmət və əməyinin bəhrəsi yolların dünya standartlarına uyğun bərpa edilməsi üçün «tender» üsulu ilə idarəetmə quruluşu əvəzedilməzdir. ölkəmizdə yolların, küçələrin, yol qovşaqlarının, yeraltı, yerüstü (yolüstü) keçidlərin və körpülərin az vaxt içərisində görünməmiş inkişafı, tikintisi müasir istismar qaydaları ilə dünya standartlarına uyğun yenidən qurulması bir daha fərəhləndirici hal kimi göstərilir. |








XƏBƏRLƏR
SAYTIN XƏRİTƏSİ