Rəhbərlik :: Azəryolservis ASC

ƏSAS SƏHİFƏYƏ KEÇİD

Rəhbərlik

Nəqliyyat Naziri cənab Ziya Ərzuman oğlu Məmmədov

1952-cidə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdur
Ali təhsillidir.
Qırmızı Əmək Bayrağ ı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri Institutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist  1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya tə şkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri, 1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini, 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvə çi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi, 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu Idarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi və zifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb. Azərbaycan Respublikası Prezidentinin 08 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsinə təyin ədilib. Fəxri Dəmiryolçudur. Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür. Rusiya Federasiyası Dərbənd şəhərinin Fəxri vətəndaşıdır. Ailəlidir, 2 övladı var.
 
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Sədri cənab Cavid Qəmbər oğlu Qurbanov

1958-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur.
1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır.
1977-ci ildə Azərbaycan Inşaat Mühəndisləri institutuna daxil olmuşdur.
1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarları nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamı şdır.
1980-1981-ci illərdə "Azəryollayihə" Layihə Institutunda texnik-cizgiçi,
1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır.
1985-ci ildə Azərbaycan Inşaat Mühəndisləri Institutunu bitirmişdir.
1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor,
1992-1993-cü illərdə Respublika Ixtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor,
1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir.
Daha sonra isə 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor,
1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis,
1997-2001-ci illərdə "Azərdəmiryolservis" Istehsalat Birliyində rəis kimi çalışmışdır.
2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi,
2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışmışdır.
2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Aç ıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədridir, texniki elmlər namizədidir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Iki övladı var. 
 
 
 
XƏBƏRLƏR

Azərbaycan Regional Yol Təmiri Layihəsi

Oktyabr, 19 2011
Azərbaycan Respublikası Hökuməti magistral yolların seçilmiş hissələrinin  bərpa işləri üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təmin olunan kreditdən istifadəni davam etdirmək niyyətindədir.

Regional Yol Təmiri Layihəsi

Sentyabr, 23 2011
Təklif olunan layihə potensial vergi strategiyasının dəstəklənməsi, layihənin xərclərinin ödənməsi prinsipinin gələcək inkişafını və bununla da sektorun təşkilati inkişafını yaxşılaşdırmağı davam etdirəcək.